23 Fevral 2025
Ölkə futbolu

Elmar Baxşıyev: “Nöqsanları aradan qaldırmaq lazımdır”

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 24-cü turunda öz meydanında “Səbail”lə 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

– Gərgin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. “Səbail” təzyiq göstərirdi. İkinci hissədə dəyişikliklərlə təşəbbüsü ələ ala bildik. Zədəli futbolçularımız var. Onlar komandaya qoşulandan sonra hücumda daha rəngarəng olacağıq.

– “Araz-Naxçıvan” Ramon Maçado və Felipe Santosdan asılıdır?

– Belə deməzdim. Miço Kuzmanoviç də zədəli olduğu üçün hücumda çox da rotasiya edə bilmirik. Amma futbolda belə hallara rast gəlmək olur. Daha çox çalışıb nöqsanları aradan qaldırmaq lazımdır. 

– Yarımmüdafiəçi Vanderson Melo bu gün mərkəz müdafiəçisi mövqeyində oynadı. Sizcə, komandanın oyunu buna görə meydanın mərkəzində alınmırdı?

– Məcburi dəyişiklik idi. Çünki üçüncü mərkəz müdafiəçimiz Bəxtiyar Həsənalızadə də zədəlidir. Bu dəyişikliyi etməyə məcbur idik. Bu gün oyun quruculuğunda problem yox idi. Sadəcə, son nöqtəni qoymaqda sıxıntılarımız var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43