Premyer Liqanın V turu çərçivəsində mövsümün ilk “Böyük oyun”u keçiriləcək.
Bu matçın hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran”lı futbolçular da paytaxt klubu ilə prinsipial matçdan öncə iddialı açıqlamalar verirlər.
Cənub klubunun futbolçusu Elnur Abdullayev idmanxeber.com-a açıqlamasında qarşıdakı oyunla bağlı danışıb:
“Bizi “Neftçi” ilə derbi matç gözləyir. Çətin oyun olacaq. Bu oyunda qələbə qazanmaqla azarkeşlərimizi sevindirmək istəyirik. Sonuncu oyunda da göstərdik ki, bunu bacara bilərik. Özümüzə inanırıq. “Neftçi”də hansı problem var, bilmirəm. Bizə “Neftçi”dəki problemlər maraqlı deyil. Biz qələbə üçün oynayacağıq”.