“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov ölkəyə qayıdıb.
Vitse-prezidentlə komandadan uzaqlaşdırılması gözlənilən Elnur Allahverdiyev arasında dünən görüş baş tutmalı idi. Lakin bu görüş reallaşmayıb. Məsələyə “Bakı” ilə oyundan sonra aydınlıq gələcək. Allahverdiyevlə Nadirovun görüşündən sonra Elnurun komandada qalıb-qalmayacağı dəqiqləşəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak təcrübəli müdafiəçini sərəncamında görmək istədiyini rəhbərliyə açıq şəkildə bəyan edib.