Dünya futbolu

Elnur Cəfərov oynadı, komandası qalib gəldi

Xorvatiya ikinci liqasında 20-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Elnur Cəfərovun şərəfini qoruduğu “Duqopolye” çempionatın aşkar autsayderi “Luçko” ilə qarşılaşıb. Elnurun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Həmyerlimiz matçın 90-cı dəqiqəsində meydana daxil olub.

“Duqopolye” hazırda 31 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43