İdman

“Elnur Cəfərovun başına nə gəlirsə, saflığından irəli gəlir”

“Kəpəz”in futbolçusu Kamran Abdullazadə bu gündən etibarən komandanın heyətinə məşqlərə başlayacaq.

İdmanxeber.com-a açıqlamasında bu barədə futbolçunun özü məlumat verib. Bir müddət səhətindəki problemlərə görə, məşqlərdə iştirak edə bilməyən gənc yarımmüdafiəçi “Səbail”lə matçın hazırlıqlarında iştirak edəcək. Baş məşqçi Şahin Diniyev şans verəcəyi təqdirdə meydana çıxmağa hazır olduğunu söyləyən Abdullazadə, özünü yaxşı tərəfdən göstərmək istədiyini bildirib: 

“Ümid edirəm ki, yaxşı olacaq. Yeni kollektivdən qurulmuş komandamız var. Sadəcə mövsümün əvvələrindəə uşaq-uşaq səhvlərdən buraxdığımız qollara görə məğlubiyyətlərimiz çox oldu. Düşünürəm ki, mövsümün ikinci yarısından etibarən yaxşı şəkildə toparlanıb, çətin vəziyyətdən çıxacağıq. Mən bir futbolçu kimi öz üzərimə düşən məsuliyyəti yaxşı dərk edirəm. Bilirəm, öz çıxışlarım da bir o qədər ürəkaçan deyil. Ancaq daha çox çalışıb, klubuma kömək olmağa çalışacam”.

K. Abdullazadə “Xəzər Lənkəran”da birgə top qovduğu və son günlərdə mətbuatda adı xoşagəlməz hadisələrlə yan-yana çəkilən Elnur Cəfərov haqda da danışıb. Cəfərova çox yaxın biri kimi tanınan Kamran, sabiq komanda yoldaşına qarşı haqsızlıq olduğunu düşünür: “Mən Elnur Cəfərovu qardaşım kimi çox istəyirəm. Ona mənim qədər heç kim yaxın ola bilməz. Elnurun başına nə gəlirsə, saflığından irəli gəlir. 1997-ci il təvəllüdlü futbolçunun nə pis əməli ola bilər? Deyirlər, Almaniya ilə oyundan sonra (0:7) bahalı maşında şəkil paylaşıb. Həmin maşın Elnurun deyil. Birdəki, millimiz hamımızın komandasıdı. Ancaq belə çıxır, heç kim maşına minməsin? Qaldı ki, sosiyal şəbəkədə azarkeşi təhqir etməsinə. Gərək belə eləməzdi. Çünki ona başa salmağa çalışmışam ki, sən artıq tanınan futbolçusan, belə hərəkətlər lazım deyil. Azarkeş də gərək, sözünə diqqət etsin, futbolçuya hər sözü yazmasın”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43