İlk dəqiqələrdən hesabı açmağımız bizə rahat oynamağa kömək oldu. Fərqi 2 topa çatdırandan sonra, rəqib tamamilə həvəsdən düşdü”.
İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov ölkə kubokunun 1/8 final mərhələsinin “Ağsu” ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis səfərdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:
“Birinci hissə bizim üçün daha ağır oldu. İkinci yarıda əsasən gənc oyunçulara üstünlük verdim. “Ağsu”ya divizion oyunlarnda uğurlar arzu edirəm”.
Qeyd edək ki, “Sabah” 1/4 finalda “Qəbələ” ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun dekabrın 16-da, cavab görüşü isə həmin ayın 20-də keçiriləcək.