“Oyun haqda çox şey danışmaq olar. İlk hissə yaxşı oynadıq. Bu il” Neftçi”dən xal ala bilmədik. Birinci hissə onlardan zəif deyildik. Ancaq ikinci hiassə azlıqda qaldıqdan sonra bizə çətin oldu. Qırmızı vərəqə barəsində heçnə deyə bilmirəm. Rəqibi təbrik edirəm”.
Bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində evdə keçirilən “Neftçi” qarşılaşmasından sonra deyib.
-Təmkin Xəlilzadə niyə qovulub ?
-Bu, daxili məsələdir. O, nizam-intizam qaydalarını pozub. Buna görə də cəzalanıb. Kiminsə səhvi varsa, cəzalanmalıdır. Bu barədə bu yaxınlarda növbəti açıqlama veriləcək.
-Stamenkoviçin ilk qolda səhvi var idi ?
-Topun sola tərəf getməsi çətin oldu. Ancaq çıxarda bilərdi. Sol əli ilə topa getməkdə düz elədi. O, bizə lazımlı oyunçudur. Səhv eləsə də, ondan razıyam. Bugünkü məğlubiyyəti ona bağlamaq olmaz. Qırmızı vərəqə alandan sonra işimiz çətinləşdi. Oyunçular ümumən oyuna yaxşı köklənmişdi. Ancaq təəssüf ki, bacarmadıq.