03 Oktyabr 2024
Ölkə futbolu

Elvin Cəfərquliyev: “Qrupumuzda olduqca güclü və tanınmış klublar yer alıb”

“Yaxşı oyun oldu. Bizim üçün vacib qələbə idi. Baş məşqçinin dediyi hər şeyi etməyə çalışdıq. “Zirə” çətin rəqibdi. Avrokuboklarda yaxşı oyunlar keçirdilər. Qalib gəldiyimiz üçün sevincliyik”.

Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Premyer liqanın V turu çərçivəsində keçirilən “Zirə” qələbəsi (3:1) barədə danıaşrkən deyib. O, daha sonra komandanın Avropa Liqasındakı rəqiblərini dəyərləndirib:

“Qrupumuzda olduqca güclü və tanınmış klublar yer alıb. Bir çoxu avrokuboklarda böyük təcrübəyə malikdir.Qarabağ” belə komandalarla çox qarşılaşıb. Əlimizdən gələnin ən yaxşısını etməliyik. Öz oyunumuzu göstərməliyik. Evdəki oyunlar bizim üçün üstünlükdür. Səfərdəki görüşlər isə çətin keçəcək. Xüsusilə “Tottenhem”lə səfər matçını vurğulamaq olar.

“Ayaks” və “Lion” kimi klublarla evdə mübarizə aparacağıq. Azarkeşlərimizin dəstəyi ilə bu oyunlarda yaxşı nəticə qazana bilərik. Onlar hər zaman bizim yanımızda olublar. Bu mövsüm də azarkeşlərimizdən ciddi dəstək gözləyirik”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43