25 Noyabr 2024
Ölkə futbolu

Elvin Camalov 250-ci oyununu keçirdi

“Sabah”ın futbolçusu Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib.

29 yaşlı oyunçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2013/2014 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub.

O, üç komandanın formasını geyinib. Azərbaycan millisinin üzvü “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Qeyd edək ki, Elvin Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43