05 Fevral 2025
Kateqoriyasız

Elvin Yunuszadə: “Rəşad oynadığı müddətcə biz ondan nələrisə “oğurlamalıyıq”

“Bizim üçün hər oyun önəmlidi. Fərqi yoxdu, yoldaşlıq oyunu, ya da rəsmi oyun. Bir neçə gündən sonra “Kəpəz”lə oyun var. “Kəpəz” çempionatın ən yaxşı komandalardan biridi. Ötən oyunda da çox çətinliklə qələbə qazandıq”

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Elvin Yunuszadə deyib.

Premyer Liqada yaranmış fasilədən istifadə edərək yoxlama matçı keçirən "Qarabağ" "Rəvan"ı  1:0 hesabı ilə məğlub edib. Ağdamlıların futbolçusu nitqinə belə davam edib:

“Bilirik ki, çətin olacaq. “Tottenhem”lə oyuna necə hazırlaşacağıqsa, “Kəpəz”lə matça da elə hazırlaşacağıq. Rəqibi ciddi qəbul edib yaxşı hazırlaşmalıyıq Acığı bu gün məşqlərdən sonra bir az yorğunuluq da vardı, amma əsas odu qalib gəldik. Tək məqsəd səhvləri görüb onu aradan qaldırmaq idi. Qurban məllim elə bir komanda yaradıb ki, hamı oynaya bilir. Biz də çıxıb əlimizdən gələni edirik ki, onun etimadını doğruldaq. Oyunlarda mənə şans verdiyi üçün ona minnətdaram”

Elvin komanda yoldaşı Rəşad Sadıqov haqda da danışıb:

“Rəşadın komanda üçün xeyri çox böyükdü. Bizim ondan öyrənməli şeylərimiz çoxdu. Nəqədər ki, o oynayır, biz gərək ondan oğurlayaq. Hansı oyuna çıxırıqsa, rahatlaşmamalıyıq. Bizə çempionluq lazımdı. Bunun üçün əlimizdən gələni edəcəyik. 7 xal qabağa olmağımızla rahatlaşa bilmərik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43