Müsahibə

Elxan Abdullayev: “Hələ qarşıdan daha çox vaxtımız var”

Bu gün Azərbaycan Premyer Liqasında 2016/2017-ci il mövsümünün sonuncu oyununda “Qarabağ” səfərdə “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

– Bu gün çempiona qarşı oynamışıq. İlk hissədə bərabər oyun getdi. İkinci hissədə isə “Qarabağ” təzyiqi artırdı və qollar vurdu. Bunlara baxmayaraq, həyat davam edir. Növbəti mövsümə hazırlaşacağıq.

– Azarkeşsiz oyun necə keçdi?

– Bu sözləri şişirtmə istəmirəm. Mən sözümü təkcə “Forza “Neftçi”yə deməmişdim. Sadəcə, bəzi azarkeşlər var ki, gəlib söyüş söyürlər. Mən həmin azarkeşlərə demişəm.

– Qış fasiləsində dediniz ki, komandanı pis durumdan çıxaracaqsızın. Amma “Neftçi” yenə də turnir cədvəlini 7-ci pillədə tamamladı. İndi də deyirsiniz ki, gələn mövsüm daha yaxşı olacaq…

– Turnir cədvəlini təəssüf ki, 7-ci pillədə bitirdik. Baxmayaraq ki, çemponatda komandaların sayı azdı, amma çox maraqlı çempionat oldu. “Qarabağ” və “Qəbələ”ni çıxmaq şərti ilə qalan komandalar eyni səviyyədə idi. Yeni mövsüm barədə danışmaq hələ tezdi. Qarşıda komandanın iclası olacaq. Ondan sonra bu barədə danışarıq. Vaxtımız çoxdur.

– Hazırkı durumunuzu karyeranızın ən pis dövrü adlandırmaq olarmı?

– Əlbəttə ki, razı deyiləm. Çempion olsaydıq belə, özümdən narazı olacaqdım. Demək olar ki, “Neftçi”də öz işimin 30 faizini görmüşəm. Hələ qarşıda daha çox vaxtımız var. Çalışacağıq ki, daha yaxşı nəticələr əldə edək.

– Vəli Qasımov da ötən il komandanı avrokuboklara apara bilmədi və nəticədə göndərildi. İndi siz də apara bilmədiniz Vəli Qasımovla fərqiniz nədir?

– Mən Vəli Qasımovla özümü müqayisə etmək istəmirəm. Biz avrokuboklarda iştirak etmək üçün tam hazır olmalıyıq. Bu gün “Neftçi” Avroliqaya hazır deyil. İstəyirik ki, tam hazır olub, uğurlu nəticələr əldə edək.

– Həmişə deyirdiniz ki, mövsümü sonunda görüşərik. İndi mövsümün sonudur, buyurun…

– Söz yox, komanda uğurlu çıxış etmədi. Amma bu barədə danışmaq istəmirəm. Məni rəhbərlik tələsdirmir. Burda qalıb işimi görəcəyəm. Rəhbərlik mənə güvənir və özümü doğruldacam. Hər şey plana dorğu gedir.

– Amal Abuşova demişdiniz ki, siz “Neftçi”ni istəmirsiz. Sizcə, Elxan Abdullayevə “Neftçi”nin uğursuz məşqçi demək olarmı?

– Uğursuz məşqçi nədir?

– Nəticə verməyən məşqçi…

– Rəhbərlik mənə güvənirsə, mən nəticə verəcəyəm. Məndən qabaq da futbolçulara maaş verilirdi. Təzə gələnlər də ötən futbolçuların aldığı maaş alır.  

– Komandadan gedənlər bəllidirmi?

– İclasdan sonra buna qərar veriləcək. Dəqiq deyə bilərəm ki, ayın 7-dən sonra hər şey məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43