Müsahibə

Elxan Abdullayev: “Nizamiyə məsləhət bilərdim ki, az danışsın”

Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi” doğma meydanda “İnter”i 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Neftçi”in baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

– Bütün “Neftçi” sevənləri təbrik edirəm. Stadionda çox gözəl atmosfer var idi. Azarkeşlərə minnətdarlığımı bildirirəm. Futbolçularımı təbrik edirəm. Üstünlük bizdə idi. Layiqli qələbə idi.

– “Neftçi” ikinci hissədə sanki daha zəif təsir bağışlayır. Qarşıda Avroliqa oyunları var, yəqin ki, vəsiqə qazanırsız. Bu oyunla komandadan nəsə.

– Qol vurduqdan sonra biraz açılışdıq. “İnter” üstünlüyü ələ aldı. Qapımızdan  qol buraxmasaydıq, bəlkə də daha çoxqol vurardıq. Hazırda avrokubokları düşünmürəm. Qarşıdakı oyunlara baxıram. Çalışacağam komandadakı səhvləri aradan qaldıraq.

– Siz istədiyiniz “Neftçi”ni qura bilmisinizmi?

– Bu komandanı mən 2 aydır ki, yığmışam. Komandaya 9 yeni transfer etmişəm. Sadəcə, hər şeyi pillə-pillə etmək lazımdır. Bunun üçün də vaxt lazımdır. Hələ ki, optimal formaya düşməmişik. Sonda hər şeyi görəcəksiniz.

– Boyan Baykoviçin oyunundan razı qaldınız?

– Bəli. Futboldu, səhv də edə bilər. O qapıda olduqda rahat oluram.

– Dreksanın yoxluğunda Ruslan müdafiənn mərkəsində oynayır. Düşünmək olarmı Jairo artıq heyətdəki yerini itirib?

– Burda heç kimin zəif olduğunu düşünmək olmaz. Ruslan Abışov daha təcrübəli idi. Bugünkü oyunda belə lazım idi.

– Qarşıdan “Qarabağ”la oyun gəlir. Bu barədə fikirlərinizi bildirərdiniz…

– “Qarabağ”la oyun bizim üçün imtahandı. “Qarabağ” Avropa səviyyəli komandadır. Keçən oyunda “Qəbələ”ni məğlub etdik. “Qəbələ” də Avropa səviyyəli komandadır. Biz “Qarabağ”la özümüzü yoxlayacağıq. Əgər qalib gələ bilsək, demək ki, Avroliqda çıxış edə bilərik.

– Millinin oyunuyla bağlı çempionatda fasilə yaranacaq. Komanda yaxşı forma yığıb. Bu fasilə komandaya nə dərəcədə təsir edə bilər?

– Mən özüm də millidə çalışıram. Əvvəllər mən millidə olanda, sonradan “Neftçi” məğlub olanda hamı mənim üzərimə düşürdü ki, məğlubiyyətdə səbəb budu. Ancaq bu, səbəb deyil axı. Mən milliylə Qətərdə idim. Ancaq qayıdan sonra “Qəbələ”ni məğlub etdik. Biz Almaniya kimi komandayla oynayacağıq. Bizim komandadan 2 nəfər millidə olacaq. Bəzi oyunçularımız da U-21-in düşərgəsində olacaq. Digər oyunçular isə plan üzrə hazırlaşacaq. Gəlib baxa bilərsiz. Bayramla bağlı 3 günlük istirahət veriləcək. Fasilə bizdən asılı məsələ deyil axı.

– Siz həm də millidə çalşırsız. Prosineçkinin oyun fəlsəfəsi barədə məlumat verə bilərsiz?

– Nizami Hacıyev çox tərbiyəli futbolçudu. Mən ona məsləhət bilərdim ki, az danışsın. Bu barədə o özü danışmamalıdı. Oynayır, onsuz da, buna görə təriflənir. Çağırılmamasına gəldikdə isə bu, Prosineçkinin qərarıdı. Mən onun başında nə olduğunu bilmirəm axı. O, heç vaxt deməyib ki, Nizami pis futboçudu. Sadəcə, deyib ki, oyunumuza uyğun deyil.

– Bəs sizin necə? Nizami sizin oyun fəlsəfənizə uyğundu?

– Bu suala cavab verə bilmərəm. İndi ad çəkmək düzgün olmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43