Kateqoriyasız

Elxan Məmmədov Britaniya səfiri ilə görüşdü – Fotolar

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında Bakı Olimpiya Stadionunda görüş keçirilib.

İdmanxeber.az xəbər verir ki, görüş zamanı AVRO-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Sonra Ceyms Şarp Bakı Olimpiya Stadionunda AVRO-2020-nin rəsmi maskotu “Skillzy” ilə şəkil şəkdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43