Kateqoriyasız

Elxan Məmmədov Lənkəranda – Fotolar

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Lənkəran şəhərinə səfərə gedib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, futbol veteranları Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi səfər çərçivəsində Lənkəranda fəaliyyət göstərən müxtəlif aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə Lənkəran Olimpiya İdman Kompleksinin meydanında görüş keçirilib, onlara AFFA-nın adından futbol geyimləri və toplar təqdim edib. İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb. Görüşün sonunda uşaq komandalarının üzvlərinin, məşqçilərin, Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirovun iştirakı ilə simvolik olaraq oyun keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43