Rusiyanın "Kırılya Sovetov" klubunun azərbaycanlı futbolçusu Emin Mahmudov millimizin şərəfini qoruya bilər.
İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxn Məmmədov məlumat verib:
“Bu yaxınlarda Emin Mahmudov Bakıya gəlib və AFFA təmsilçisi futbolçunun yığma ilə bağlı gələcək planları ilə maraqlanıb. Emin qeyd edib ki, Azərbaycan yığmasında oynamağın əleyhinə deyil. Biz ona bildirmişik ki, o, Rusiya və Azərbaycan yığmaları arasında seçim etməlidir. Ancaq onun bu razılığı, futbolçunun Azərbaycan yığmasında oynayacağı demək deyil. Onu toplanışa çağıracaqlar və əgər Foqts xeyir-dua verərsə, Mahmudov millinin oyunçusu olacaq”.