AFFA-nın baş katibi Elxan Məmmədov “Avro-2016″nın seçmə mərhələsində millimizin qonağı olacaq İtaliya yığmasının 2006-cı ildə qazandığı dünya kubokunu Azərbaycana gətirməsinin səbəbini açıqlayıb.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov bunun AFFA-nın azarkeşlərə sürpriz etmək istəməsi ilə bağlı olduğunu bildirib:
“AFFA Azərbaycanda İtaliya milli komandasının çoxsaylı azarkeş ordusunun olmasını, eləcə də yeni – Bakı Olimpiya Stadionunda futbol açılışının əzəmətini nəzərə alaraq, fanatlara sürpriz etməyi qərara aldı. İtaliya Futbol Federasiyası ilə danışıqlardan sonra biz İtaliya milli komandasının dünya kubokunu Azərbaycana gətirilməsi üçün razılıq əldə olundu. Bu hadisə ölkəmizdə futbol həvəskarları üçün bir hədiyyə olacaq”.
Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu saat 21:00-da başlayacaq.