Dünya futbolu

Elxan Məmmədov Belarusa gedir

Martın 30-31-də Belarusun paytaxtı Minsk şəhərində FIFA-nın təşkilatçılığı ilə milli assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminar təşkil olunacaq.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovun iştirak edəcəyi seminara Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43