Milli komanda

Elxan Məmmədov: “Reynaldo dos Santos Silva adında azərbaycanlı olar?”

AFFA-nın baş katibi Elxan Məmmədov “Mançester Yunayted”in futbol məktəbinin açılması ilə bağlı keçirilən tədbirdə Reynaldo ilə bağlı verilən sualları cavavblandırıb.

İdmanxeber.com-un məlumatına görə, Elxan Məmmədov bu fikirləri səsələndirib:

“Reynaldo məsələsi hələlik açıq qalır. Onun milliləşdirilməsi ilə bağlı FİFA-ya müraciət etməmişik. Reynaldo Azərbaycanda cəmi iki ildir çıxış edir.  FİFA-ya müraciət etməyimiz üçün səbəb olmalıdır. Bu çətin prosesdir. Reynaldo Braziliyada doğulub, ata-anası və ya baba-nənəsinin Azərbaycanla heç bir bağlılığı yoxdur. Reynaldo dos Santos Silva adında azərbaycanlı olar? Əgər biz ona Azərbaycan pasportu verib millidə oynatsaq, FİFA tərəfindən cəzalana bilərik. Onun İtaliya və Xorvatiya ilə oyunlarda yığmamızın heyətində çıxış etməsi mümkün deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43