05 Fevral 2025
Kateqoriyasız

Emil Balayev oynamadı, komandası “Şalke”ni məğlub etdi

Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Emil Balayevin komandası – “Ayntraxt” da növbəti oyununa çıxıb. Frankfurt təmsilçisi öz meydanında “Şalke” ilə qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. 

Balayevin adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Ayntraxt” hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43