Azərbaycan millisinin və “Tobol”un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının XXVI turunda “Okjetpes”lə keçirilən görüşün (1:0) ən yaxşı futbolçuları arasında yer alıb.
“Instat”ın təhlilinə əsasən, 25 yaşlı qolkiperin balı 263 olub. Matçın ən yaxşısı isə Jaba Kankava seçilib.
Emil Balayev matçda komandasını bir dəfə 100 faizli qol epizodunda xilas edib. Azərbaycan millisinin üzvü 519 dəqiqədi ki, qapısını toxunulmaz saxlayır.