Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubunun heyətində növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı qolkiper Premyer Liqada IV turun “Aktobe” ilə ev matçında forma geyinib. Görüş “Tobol”un qələbəsi ilə yekunlaşıb – 2:1.
Sonadək meydanda olan Balayev 89-cu dəqiqədə öz kobud səhvi nəticəsində qapısından top buraxıb.