Britaniya mətbuatının verdiyi məlumata görə, təyyarənin qırıntıları La-Manş boğazının dibində aşkarlanıb.
Bu barədə Salanın və təyyarənin pilotu Aybbotsonun ailəsinə məlumat verilib. Onların meyitlərinin tapılıb-tapılmadığı barədə isə heç bir məlumat yoxdur.
Emiliano Sala “Nant”da 117 oyuna 42 qol vurmuşdu. Argentinalı futbolçu İngiltərə Premyer Liqasında çıxış edən “Kardiff”in ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.