22 Sentyabr 2024
Ölkə futbolu

Emin Mahmudov: “Altı il “Neftçi”yə kapitanlıq etmişəm və bununla qürur duyuram”

“Neftçi”nin futbolçusu Emin Mahmudov kapitanlığın özündən alınmasına münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabından paylaşım edib:

“Bildiyiniz kimi, artıq “Neftçi”nin kapitanı deyiləm. Altı il ərzində bu kluba kapitanlıq etmişəm və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da, sevincli anlar da, kədərli anlar da az deyil. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün əlimdən gələn qədər çalışdım. Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək görmüşəm, buna görə də hər birinizə təşəkkür edirəm”.

Xatırladaq ki, baş məşqçi Roman Qriqorçuk komandanın yeni kapitanının Ramil Şeydayev olduğunu bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43