25 Noyabr 2024
Müsahibə

Emin Mahmudov “Biz Azərbaycan üçün oynayırıq”

“Neftçi”nin kapitanı Emin Mahmudov “Jelezniçar”la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.axz 31 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

– Ağır oyun oldu. Çünki, rəqib yaxşı müdafiə olunurdu. Müdafiəni yarmağa çalışırdıq. Topu pressinqlə alıb əks-hücumda ilk qolu vurduq. Ondan sonra bir az rahat olduq. Fürsətlərimizi daha tez dəyərləndirsəydik, daha rahat olardıq. Təkbətək epizodlarımız var idi. Baş məşqçinin istəklərini yerinə yetirsək, gələcəkdə daha yaxşı olacağıq.

– Adrian Mutunun rəhbərliyi altında dördüncü oyununu keçirdin. Komandada nə dəyişib?

– Keçmiş baş məşqçi haqda nəsə danışmaq istəmirəm. Dəyişiklik var. Bizdən başqa futbol tələb edir. Biz onu yerinə yetirməyə çalışırıq. Neçə faiz olduğunu deyə bilmərəm. Mutunun istədiyini daha yaxşı başa düşmək üçün vaxt lazımdır. O istəyir ki, daha çox topla oynayaq. Düzdür, bəzi məqamlarda alınmır. Oyundan-oyuna daha yaxşı olacağıq.

– İki gün sonra çətin Gəncə səfəri var, daha sonra isə “Beşiktaş”la matç. Hazırlaşmaq çətin olmayacaq?

– Əslində istəyərdim ki, “Kəpəz”lə oyunumuz evdə olsun. Çünki, biz Azərbaycan üçün oynayırıq. “Beşiktaş”la oyun bir az çətin olacaq. Səfərə getmək, qayıtmaq var. PFL istəmirsə, problem yoxdur, gedib Gəncədə oynayarıq. “Beşiktaş”ı fikirləşib “Kəpəz”lə oyunu kənara qoya bilmərik. Gəncədə də qalib gəlməliyik. Çünki, çempionatda xal qazanmaq vacibdir.

– Klub prezidenti bildirdi ki, komanda güclənəcək, yolunu gözlədiyimiz hücumçular var. Sn bu barədə nə deyə bilərsən?

– Biz də gözləyirik. Nə qədər yaxşı oyunçular gəlsə, sevinirik. Onlar gələndən sonra komandamızın səviyyəsi qalxacaq. Daha yaxşı olmaq istəyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43