“Bosniya klubunu daha yaxından tanıdıq. İnşallah, öz oyunumuzu göstərək ki, qələbə qazanaq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov “Jelezniçar” oyunu öncəsi keçirilən mətbuat konfeansı zamanı deyib. O, daha sonra kapitan media nümayəndələrinin suallarını cavablandırıb:
“Əsas odur ki, mərhələni biz adlayaq, sonra kiminlə oynayacağımız fərq etməz. Hazırda əsas məqsəd sabah qələbə qazanmaqdır. Biz rəqibə öz oyunumuzla cavab verməliyik. Hesabda önə keçəndən sonra vaxt aparmaq haqda düşünmürük. Belə şeyləri xoşlamıram, bu bizə qarşı olunanda da xoşuma gəlmir. Ümumiyyətlə, belə hallarda temp aşağı olur ki, bu da arzuolunmazdır. Çalışacağıq yaxşı oynayıb qalib gələk. Hər məşqə var gücümüzlə çıxıb baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Əlimizdən gələni edəcəyik ki, nəticələrimiz yaxşı olsun. Bunun üçün istəkliyik, motivasiyalıyıq”.