Kateqoriyasız

Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib.

“İdmanxeber” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.

“Şamaxı” ilə səfər görüşü paytaxt təmsilçisinin yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Mahmudov ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43