22 Oktyabr 2024
Dünyadan

Emin Mahmudov oynadı, “Boavişta” uduzdu

Portuqaliya Premyer Liqasında XIX tura start verilib.

İdmanxeber.com-un məlumaatına görə, turun açılış matçında millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi “Boavişta” öz meydanında “Belenenses”i qəbul edib.  Qarşılaşma qonaq komandanın 1 – 0 hesablı qələbəsi ilə başa çatıb.

“Benfika” ilə matçda etdiyi hərəkətlərə görə 3 oyunluq cəzalanan millimizin üzvü Kamran Ağayev bu matçda iştirak etməyib. Adı oyunun iştirak ərizəsinə daxil edilən Mahmudov isə 60-cı dəqiqədə meydana daxil olub. Karvalyonu əvəzləyən Mahmudov sona qədər mübarizə aparıb.

Qeyd edək ki, keçirdiyi 19 görüşdən sonra aktivində 24 xal olan “Boavişta” hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43