Kateqoriyasız

Emin Mahmudov Rumıniya klubuna keçə bilər

“Neftçi”nin kapitanı Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər.

İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, “Universitatya Krayova” 30 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bildirilib ki, rumıniyalı baş məşqçi Laurentsiu Regekampf “ağ-qaralar”dan ayrılıb bu komandaya keçsə, təcrübəli oyunçunu özü ilə aparmağı planlaşdırır.

Laurentsiu Regekampf 2021/2022 mövsümündə “Universitatya Krayova”da işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43