Topaz Premyer Liqasının VII turu AZAL üçün əlamətdar oldu.
İdmanxeber.com-un məlumatına görə, komanda cari mövsümdə ilk qələbəsini məhz bu gün “Rəvan” üzərində qazandı 1-0.
“Rəvan”ın baş məşqçisi Emin Quliyev səhhətindəki problemləri əsas gətirərək, mətbuat konfransına qatılmayıb.
onun əvəzinə Rövşən Babayev (“Rəvan”ın məşqçisi) oyun haqda bunları deyib:
“Tərlan Əhmədovu təbrik edirəm. AZAL əzmkar oyun sərgilədi. Bizdə bəxt çatmır. Çalışacağıq ki, gələn oyunlarda problemi aradan qaldırıb, yaxşı futbol sərgiləyək, nəticə qazanaq.