Emre Belezoğlu Türkiyənin “Antalyaspor” komandasına baş məşqçi təyin edilib.
İdmanxeber.az-ın məlumatına görə, artıq tərəflər arasında danışıqlar yekunlaşıb. Onunla qısa zaman ərzində rəsmi müqavilə imzalanacaq.
Türkiyə millisinin sabiq futbolçusu bu vəzifədə vaxtilə “Fənərbağça”da birgə çıxış etdiyi Aleks de Souzanı əvəzləyib.
“Antalyaspor” Super Liqada topladığı 21 xalla 13-cü pillədə qərarlaşıb.