Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” evdə “Antalyaspor”la qarşılaşıb (1:1).
İdmanxeber.az-ın məlumatına görə, Konya təmsilçisinin baş məşqçisi Aleksandar Stanoyeviç matç barədə fikirlərini bildirib. O, Mahir Emrelinin 100 faizli qol epizodundan yararalana bilməməsini qeyd edib:
“Rəqib ilk yarıda bizdən daha üstün oyun sərgilədi. İkinci yarıda isə Aleksandr Pouzelo və Mahir Emrelini oyuna daxil etməklə matçda dönüş yaratmaq istədik. Ancaq Emreli və Çekici 100 faizli qol epizodlarından yararlana bilmədi. Qələbə qolunu vura bilmədik”.
“Konyaspor” hazırda 36 xalla 8-c pillədə qərarlaşıb.