Azərbayan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” bu gün Avropa Liqasında ilk oyununa çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqası ilə vidalaşdığı üçün mübarizəni bu turnirdə davam etdirən Polşa təmsilçisi pley-offun ilk görüşündə səfərdə Çexiya “Slaviya”sı ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.