Kateqoriyasız

Emreli tezliklə meydanlara qayıdır

Millimizin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Dinamo”nun baş məşqçisi Ante Çaçiç məlumat verib. O, yerli mətbuata danışarkən oyunçunun müalicəsinin tamamladığını və tezliklə meydanlara dönəcəyini bildirib.

Mahir Emreli “Dinamo”nun  Xorvatiya çempionatının 3-cü turunda evdə “İstra 1961″ə 4:1 hesabı ilə qalib gəldikləri matçda zədələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43