“Turan Tovuz”un zədəli futbolçusu Denis Marandiçi durumu ilə bağlı açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, moldovalı oyunçu klubun mətbuat xidmətinə bu barədə danışıb. O, özünə dəstək olan hər kəsə təşəkkür edib:
“Göstərdiyimiz dəstəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Mənə çox böyük güc verdiniz. Hər şey yaxşıdır, özümü yaxşı hiss edirəm. Ən qısa vaxtda geri dönəcəm.Yaşıl meydanlarda görüşərik”.
Xatırladaq ki, Marandiçinin Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Sabah” görüşündə ayağı sınıb.