08 Sentyabr 2024
Dünya futbolu

“Enerjimiz və bacarığımız çatışmırdı” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 15-ci turunun matçında “Mançester Yunayted”dən məğlubiyyəti (1:2) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis komandasının yorğun olduğunu bildirib. O, rəqibin qələbəyə layiq olduğunu da vurğulayıb:

“Rəqib qələbəyə layiq idi. Matçın startı çətin alındı. Bazar günü oynadıq, ona görə də hazırlaşmaq üçün vaxt yox idi. Bu, oyuna istədiyimiz kimi başlamağımızı çətinləşdirdi ikinci hissə çox yaxşı başladı, amma sonra qol buraxdıq. Oyunu dəyişmək üçün enerjimiz və bacarığımız çatışmırdı. Bu problemdir və bəzən belə şeylər olur. B“Mançester Yunayted” qələbəyə layiq idi və bizdən daha yaxşı çıxış etdi. Diqqətimizi növbəti matça yönəltməliyik”.

“Mançester Yunayted” 27 xal toplayıb və turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Çelsi” 19 xalla 10-cu pillədə qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43