PSJ “Lion”un hücumçusu Bredli Barkolu transfer etməyi düşünür.
İdmanxeber.az-ın məlumatına görə, parislilərin yeni baş məşqçisi Luis Enrike 20 yaşlı fransalı oyunçun alınmasını tələb edir. Artıq PSJ-nin nümayəndələri futbolçu ilə əlaqə saxlasalar da, “Lion” hələlik onu satmaqda maraqlı deyil.
Barkolun klubla müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Portal Transfermarkt oyunçunu 18 milyon avro qiymətləndirir.
2022/23 mövsümündə hücumçu bütün yarışlarda 35 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.