PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappe ətrafında yaranmış vəziyyətdən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis ulduz oyunçu ilə rəhbərlik arasındakı soyuqluğun davam etdiyini bildirib:
“Bu vəziyyət artıq yaranıb. Mən gələnə qədər klubla müsbət həll tapılmalı idi. Ümid edirəm ki, rəhbərlik və futbolçu razılığa gələcək. Xatırladıram ki, klub hər şeydən üstün olmalıdır”.
Fransalı hücumçu PSJ ilə müqavilə yeniləməkdən imtina edib. Onun klubu ilə sözləşməsi 2024-cü ilə qədərdir. Rəhbərlik ulduz futbolçunun gələn il pulsuz getmə ehtimalı olduğu üçün baş məşqçiyə Mbappedən istifadə etməyi qadağan edib.