22 Sentyabr 2024
Dünya futbolu

Ərəblər “Fənərbağça”nın futbolçusu ilə danışıq aparır

“Fənərbağça”nın legioneri Duşan Tadiç kareyarsını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Əl-Qadisiyyə” klubu oyunçunun xidmətində maraqlıdır. Ərəblər “Fənərbağça”ya 6 milyon avro ödəməyi planlaşdırır.

Serbiyalı 2023-cü ilin yayından İstanbul klubunda çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43