13 Sentyabr 2024
Dünya futbolu

Ərəblər Messiyə milyard təklif edib

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” Lionel Messiyə fantastik təklif göndərib.

İdmanxeber.az-ın məlumatına görə, ötən yay argentinalı hücumçuya həftəlik 15-20 milyon avro maaş təklif etmişdi. 37 yaşlı futbolçunun illik qazancı bonuslar da daxil olmaqla 1 milyard avroya çata bilərmiş.

Ancaq Messi bu təklifə müsbət yanaşmayıb. O, Amerikada yaşamağa qərar verib. Futbolçu ötən yay “İnter Mayami” ilə anlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43