24 Sentyabr 2024
Dünya futbolu

Ərəblər serbiyalı məşqçini göndərdi

“Şabab Əl-Əhli” baş məşqçi Marko Nikoliçlə müqaviləyə xitam verdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə yollarını ayırıb. 2023/24 mövsümünün qalan matçlarında komandaya köməkçi məşqçi rəhbərlik edəcək.

“Şabab Əl Əhli” 25 oyundan 55 xalla BƏƏ çempionatının turnir cədvəlində ikinci yerdədir. “Əl-Vəsl” 64 xalla birinci sırada qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43