Dünya futbolu

Ərəblər Xorvatiya millisinin baş məşqçisinə təklif göndərdi

“Əl-İttihad” Zlatko Daliçi baş məşqçi postuna dəvət etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə klubu hələ danışıqlara başlamayıb. Lakin Xorvatiya millisinin çalışdırıcısına ildə 20 milyon dollar maaş təklif ediləcəyi artıq məlumdu.

“Əl-İttihad” hazırda mövsümdə 24 milyon dollar qazanan Marselo Qalardonun müqaviləsini ləğv etməyi düşünür.

Daliç özü 2026-cı il dünya çempionatına qədər Xorvatiya millisində qalmaqda qərarlıdır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43