“Neftçi”nın futbolçusu Erik Ramosun “Qarabağ” klubu ilə oyun öncəsi fikirlərini bölüşüb.
Klubun rəsmi saytına danışan braziliyalı futbolçu rəqiblərinə hörmətlə yanaşdıqlarını bildirib:
“Gücündən asılı olmayaraq bütün rəqiblərə hörmətlə yanaşırıq. “Qarabağ” kollektiv şəkildə yaxşı oynamaqla yanaşı, həm də komanda yoldaşlarım kimi fərdi ustalığı yüksək olan futbolçulara malikdir. Rəqibimiz son ev oyunlarını 8-ci km qəsəbə stadionunda keçirib və demək olar ki, bu stadionda oynamağa alışıb. Bu səbəbdən də qonaq komanda anlayışı o qədər önəmli deyil. Fikrimcə, hər iki komandanın azarkeş dəstəyi güclü olacaq. Biz də çalışacağıq ki, gözəl futbol nümayiş etdirib onları sevindirək”.