21 Sentyabr 2024
Dünya futbolu

“Erik Ten Haq inanılmaz iş görür” – Pep Qvardiola

Pep Qvardiola İngiltərə Liqa Kubokunda “Mançester Yunayted”in qələbəsini şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis “qırmızı şeytanlar”ın baş məşqçisi Erik Ten Haq barədə xoş sözlər söyləyib. O, daha öncə “şəhərlilər”in də bu kuboku qazandığını bildirib:

“Gec-tez onlar da kubok qazanmalı idilər. Bir az daha çox pul xərcləsələr yenidən güclü klub olacaqlar (gülür). Reallıq budur. Onlar hazırda olması lazım olan mövqedədirlər. Etiraf edək ki, “Liverpul” və “Mançester Siti” son illərdə daha uğurlu çıxış edirlər. Erik ten Haq inanılmaz bir iş görür. Futbolçuların necə fədakar olduqları görünür. Onlar komanda şəklində uğur qazanmağa çalışırlar.

Yadımdadır, “Mançester Siti” ilk Liqa Kubokunu qazananda hamı həyəcanlı idi. Oyunçular və heyət üçün bu yeni bir sevinc kimi görünürdü. Dördüncü dəfədən sonra isə reaksiya dəyişir. Hər kəs bunu adi hal kimi qarşılayır”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43