Dünya futbolu

Erik ten Haq siyahını verdi, rəhbərlik hərəkət keçdi

“Mançester Yunayted”in yay transfer planlarını müəyyənləşdirir.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Erik ten Haqrəhbərlikdən heyətə iki futbolçu alınmasını tələb edib. Bunlardan biri hücumçu, digəri isə yarımmüdafiəçidir.

Mançester klubunun hücumcü transferi siyahısında 4 namizəd var. Bunlar Viktor Osimhen (“Napoli”), Harri Keyn (“Tottenhem”), Qonkalo Ramos (“Benfika”) və Məhəmməd Kudusdur (“Ayaks”).

“Qırmızı şeytanlar” yarımmüdafiəyə isə “Dortmund”da çıxış edən ingiltərəli futbolçu Jud Bellinqemi düşünür.

Rəhbərliyin baş məşqçinin siyahısı əsasında transfer çalışmalarını başladığı vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43