15 Oktyabr 2024
Dünya futbolu

Erik ten Haq üçün son şans – Alleqri onun yerinə namizəddir

“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqın istefaya göndərilməsi imkanını nəzərdən keçirir.

İdmanxeber.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, niderlandlının mövqeyini qoruyub saxlaması məsələsi qarşıdakı 2 matçın nəticələrindən asılı olacaq. Avropa Liqasının ümumi mərhələsinin 2-ci turunda “Portu” və Premyer Liqanın 7-ci turunda “Aston Villa”ya qarşı keçiriləcək matçlarda uğursuluq olarsa, baş məşqçi istefaya yollanacaq. 

Onun yerinə isə “Yuventus” və “Milan”ın keçmiş baş məşqçisi Massimiliano Alleqri təyin ediləcək.  57 yaşlı italiyalının son iş yeri 2024-cü ilin mayında qovulduğu “Yuventus” olub.

6 turdan sonra “Mançester Yunayted” İngiltərə çempionatında 7 xalla 13-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43