“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Mançester Yunayted”ə rəhbərlik edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, hazırkı mütəxəssis Erik ten Haq mövsümün sonunda komandanı tərk etməlidir. İtaliyalı çalışdırıcı onun yerinə əsas namizəddir.
De Zerbinin “Bavariya” və ya “Barselona”ya rəhbərlik edə biləcəyi də bildirilir.
Məşqçi 2022-ci ilin sentyabrından “Brayton”a rəhbərlik edir. Onun komandası 26 oyundan sonra 39 xalla Premyer Liqanın turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.