Kateqoriyasız

Erməni futbolçuya intizam sanksiyası – xəbərdarlıq

Slovakiya Super Liqasının (sponsorluq müqaviləsinə əsasən hazırda “Fortuna Liqa” adlanır)  IX turunda oktyabrın 3-də keçirilmiş “Jilina” – “dunayska Streda” oyununda ev sahiblərinin futbolçusu Vahan Bichakhchyan qol sevinci zamanı oyun geyiminin altındakı futbolkanun üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirmişdi.Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Slovakiya Futbol Assosiasiyasına məktub ünvanlanmış, mövcud qaydalara əsasən, futbol oyunları zamanı hər hansı siyasi şüarların səsləndirilməsi və ya nümayişinin qadağan olunduğu qeyd edilmişdi.

Bu gün Slovakiya Futbol Assosiasiyası tərəfindən AFFA müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə Slovakiya Futbol Assosiasiyasının İntizam Komitəsi tərəfindən baxılıb və futbolçu Vahan Bichakhchyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq elan olunub.

UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət etmiş, UEFA-nın məsələni araşdırmağa başlamasından sonra M.Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” iki yoxlama oyunu keçirəcək

admin

Xəbərimiz təsdiqləndi: “Sabah” onunla da yolları ayırdı

admin

“Sportinq”in futbolçusu: “Rəqiblərə adlarıyla qiymət vermək olmaz”

admin