08 Dekabr 2022
Kateqoriyasız

Ermənistan kanalı “Olimpiakos” – “Qarabağ” oyununu canlı yayımlayacaq – FOTO

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ” səfərdə “Olimpiakos”un qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, oktyabrın 6-da Yunanıstanda keçiriləcək qarşılaşma 114 ölkədə canlı yayımlanacaq. Qarşılaşmanı ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq.

“Karaiskakis” stadionunda keçiriləcək matç Ermənistanda da canlı yayımlanacaq. Sözügedən ölkənin internet kanalı – “Vivaro TV” görüşü canlı olaraq nümayiş etdirəcək.

Ümumilikdə “Olimpiakos” – “Qarabağ” matıçını mavi ekranlara daşıyacaq kanalların bəziləri ilə sizi tanış edirik:

EXXEN (Türkiyə), beİN Sports CONNECT (Əlcəzair), Stan Sport (Avstraliya), TV2 (Danimarka), Blue Sport (İsveçrə), FPT (Vyetnam), DSTV (Zimbabve), Migu (Çin), Sky Sport (Avstriya), Star+ (Braziliya), RMC Sport (Fransa), MATC TV (Rusiya), BT Sport (Böyük Britaniya) və başqaları…

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” bu mövqelərə futbolçu transfer edəcək – Qurban Qurbanov açıqladı

admin

Ermənistandan növbəti təxribat – xüsusi xəbər

admin

AFFA iki rusiyalı futbolçunu milliləşdirir

admin