Kateqoriyasız Milli komanda

Ermənilər Lüksemburq – Azərbaycan matçında təxribata əl ata bilər – Fotolar

DÇ-2022 seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Lüksemburq – Azərbaycan matçında erməni təxribatı ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, hazırda bu ölkədə olan “CBC Sport” kanalının şərhçisi Pərviz Musayev şəhərdə ermənilərin mitinq etdiyini bildirib. Tanınmış jurnalist ermənilərin oyun zamanı təxribat törədə biləcəyini qeyd edib:

“Qənimətlər parkı”ndakı boş erməni dəbilqələri bunlara necə od qoyubsa, hələ də özlərinə gələ bilmirlər. Şərəfsizlər bugünkü Lüksemburq-Azərbaycan oyunu ilə əlaqədar Lüksemburqda erməni konsulluğunun təşəbbüsü ilə öz aləmlərində “mitinq” təşkil ediblər. Sayları çox deyildi, uzağı 15-20 nəfər olardılar. Biri şəkil çəkdiyimi görüb mənə yaxınlaşdı, haradan olduğumu soruşdu. Əvvəlcə Gürcüstandan olduğumu dedim. Mənə məzlum erməni xalqının üzləşdiyi “problemlərdən”, Azərbaycanın müharibə tərəfdarı olmasından danışaraq axşam oyuna gəlib Azərbaycana etiraz bildirmək xahişini etdi. Danışıb qurtarandan sonra Azərbaycandan olduğumu deyəndə şoka düşdü. Deməli, axşamkı oyunda yenə təxribat ola bilər”.

Azərbaycanlı jurnalistdən xəbərdarlıq: Ermənilər Lüksemburq-Azərbaycan matçında təxribat törədə bilər








İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43