Kateqoriyasız

Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi

Avro-2020-nin seçmə mərhələsində İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə, Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanezyan istefa verib.

İdmanxeber.az-ın məlumatına görə, Ermənistan millisinin qrupu 10 xalla başa vurması belə Vanezyanı fikrindən daşındırmayıb və qərarını belə izah edib: “Kimsə bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməli idi. İstefa verdim və İcraiyyə Komitəsi də bunu qəbul etdi”.

Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, general-mayor olan Vanezyan federasiyaya 2018-ci ilin sentyabrından rəhbərik edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43